Vaxt.Az

Sənaye casusluğu


 

Çinli işçi ticari məlumatları oğurlamaqda günahlandırılır

Sənaye casusluğu Kanadada elektrikli avtomobil akkumulyatoru ilə bağlı araşdırmalar aparan şəxsə ticarət sirlərini Çinə daşıdığı səbəbilə qanuni tədbir görülüb.

Kanada Kral Atlı Polisi (RCMP) bazar ertəsi Kvebek əyalətində elektrik enerjisi istehsalı və paylanması xidmətləri göstərən “Hydro-Quebec” ictimai kommunal müəssisəsində işləyən Yueşeng Vanqı həbs edib.

RCMP-dən verilən açıqlamada, 35 yaşlı işçinin “Çinə fayda gətirəcək və Kanada iqtisadiyyatına zərər verəcək ticarət sirlərini ələ keçirmək” iddiası ilə məhkəməyə verildiyi bildirilib.

Vanq şirkətdə elektrik nəqliyyat vasitələri və enerji saxlama sistemlərində istifadə olunan batareyalar üzərində araşdırma aparırdı.

RCMP-dən David Beaudoin, sözügedən hüquqi prosesin ölkədə ilk dəfə İnformasiya Təhlükəsizliyi Qanununa əsasən “sənaye casusluğu” ittihamı ilə başladığını bildirib.

Müvafiq olaraq, işçinin 2018-ci ilin fevralından 2022-ci ilin oktyabr ayına qədər kommersiya sirrini ələ keçirməsi, bu sirləri əldə etmək üçün saxtakarlıq etməsi, etibardan sui-istifadə etməsi və şirkətdə kompüterə icazəsiz giriş əldə etməsi əsasları ilə iş başlanıb.

“Hydro-Quebec” şirkətinin təhlükəsizlik işçilərindən biri olan Dominic Roy, Vanqın şirkət sistemində şübhələrə səbəb olan əməliyyatlarını ilk dəfə avqust ayında gördüklərini söylədi. Bildirilib ki, şirkətin RPŞ-yə etdiyi şikayət əsasında işçi barəsində araşdırma başlayıb.

Bildirilir ki, Vanq 2016-cı ildə şirkətə qoşulmazdan əvvəl ABŞ-ın Arkanzas Universitetində doktoranturadan sonra tədqiqatçı və İngiltərədəki “Queen Mary” Universitetində qonaq alim olub.

LinkedIn profilinə görə, Vanq Çin Elmlər Akademiyasında fizika üzrə fəlsəfə doktoru və materialşünaslıq üzrə magistr dərəcəsinə malikdir.

 





02.12.2022    çap et  çap et