Şimali Koreyanın ballistik raket proqramını yenidən sürətləndirməsi və Çinin dənizlərdə hərbi varlığını artırması Yaponiyanın təhlükəsizlik narahatlıqlarını gücləndirsə də, ölkə mətbuatından bölgədəki tarazlığı dəyişdirə biləcək bir iddia gəldi.Məlumata görə, Yaponiya, Britaniya və İtaliya birgə yeni döyüş təyyarəsi hazırlamaq barədə razılığa gəliblər. Layihənin təfərrüatlarının gələn həftə ictimaiyyətə açıqlanmasının planlaşdırıldığı bildirilir. Sözügedən əməkdaşlıq addımının dekabrın əvvəlində Yaponiyanın yeni milli təhlükəsizlik strategiyasını açıqlaması gözlənilən vaxta təsadüf etməsi diqqət çəkir.
Əgər Britaniya və İtaliya ilə birgə döyüş təyyarəsi hazırlanarsa, Yaponiya ilk dəfə yüksək müdafiə texnologiyaları üzrə ABŞ-dan başqa ölkələrlə əməkdaşlıq etmiş olacaq. Bu, həmçinin Böyük Britaniyanın Asiyanın təhlükəsizlik mühitindəki rolunu daha da vacib edəcək.
çap et