Vaxt.Az

27 saatda 260 dəfə zəng


 

Polis ələ salıb təhqir edən şəxs həbs olundu

27 saatda 260 dəfə zəng Yaponiyanın Saitama şəhərində yaşayan 67 yaşlı Yoşio Şimada sentyabrın 30-u yerli vaxtla səhər saat 11:15-dən oktyabrın 8-i səhər saat 8:30-a qədər şəhər polis idarəsinə 260 dəfə zəng edib.

Ümumilikdə 27 saat polis idarəsinin telefonunu məşğul edən şübhəli şəxs hər zəngdə “Vergi oğrusu”, “İşdən çıxarıldın”, “Axmaq” kimi sözlərlə polisləri təhqir edib.

Texniki izləmə nəticəsində şəxsiyyəti müəyyən edilən Şimadanın telefonuna baxış zamanı polislər həmin şəxsin dəfələrlə bölməyə zəng edən şübhəli şəxs olduğu məlum olub.

Bildirilir ki, daha əvvəllər də eyni səbəbdən saxlanılan Şimada “dövlət qulluğuna mane olmaq” ittihamı ilə həbs edilib.

 





02.12.2022    çap et  çap et