Belçikanın “De Standaard” qəzetindəki xəbərə görə, Vaqner 2019-cu ildə Mərkəzi Afrika Respublikasında “Diamville” adlı ofşor şirkət qurub.
“Diamvilin” Vaqnerin gizli şirkəti olması MAR-ın paytaxtı Banguidə almaz sənayesindəki 5 mənbə tərəfindən təsdiqlənib.
2019-cu ilin noyabr ayında “Diamville” Belçikaya 132.000 Avro dəyərində brilyant gətirib.
“Diamville” və Vaqner üçün örtük rolunu oynamaqda şübhəli bilinən Mərkəzi Afrika Respublikasında yerləşən taxta ixracat şirkəti olan “Bois Rouge” ilə eyni gündə yaradılıb.
Almaz bazarının mərkəzi kimi tanınan Belçikanın Antverpen şəhərində yerləşən “World Diamond Center” (AWDC) birbaşa və ya dolayı yolla “Vaqner”dən brilyant alındığına dair iddiaları təkzib edib.
Avropa Birliyi “Vaqner”i 13 dekabr 2021-ci ildə “işgəncələr, qısamüddətli və ya özbaşına edamlar və qətllər də daxil olmaqla, ciddi insan haqları pozuntularında iştirakına” görə sanksiya siyahısına daxil edib.
Qətnamədə şirkət fəaliyyət göstərdiyi bəzi ölkələrdə, o cümlədən Liviyada “beynəlxalq hüququ, o cümlədən beynəlxalq insan haqları qanununu pozaraq zorakılığı qızışdırmaq, təbii sərvətləri talamaq və mülki insanları qorxutmaq üçün xüsusi hərbi agentləri cəlb edib. Həmin muzdlular Suriya, Ukrayna, Mərkəzi Afrika Respublikası və ABŞ-da daxil olmaqla dünyanın müxtəlif yerlərində münaqişə zonalarına göndərilib”.
Xatırladaq ki, “Vaqner” hərbi qruplaşmasının təsisçisi “Putinin aşpazı” ləqəbi ilə tanınan Evqeniy Priqojindir.