Vaxt.Az

“Diktatura rejimlərindən asılılığmızı azaltmalıyıq”


 

“Rusiyanın qələbəsi digər “təcavüzkar ölkələri” gücləndirə bilər”

“Diktatura rejimlərindən asılılığmızı azaltmalıyıq” Finlandiyanın baş naziri Sanna Marin Avstraliyanın Sidney şəhərindəki “Lowy” İnstitutu beynəlxalq siyasi araşdırma mərkəzindəki çıxışında Ukrayna müharibəsinin mümkün nəticələrini dəyərləndirib.

Baş nazir Marin xəbərdarlıq edib ki, Rusiya Ukrayna üzərində qələbə qazanarsa, digər “aqressiv ölkələr” daha da güclənə bilər.

Müharibədə qalib gələcəyi təqdirdə özünü güclü hiss edən tək ölkənin Rusiyanın olmayacağını bildirən Marin, digər ölkələrin də eyni gücdən təsirlənə biləcəyini bildirib.

Finlandiyanın Rusiya enerjisindən asılılığını misal gətirən baz nazir, “Ortaq dəyərlərimizi paylaşmayan rejimlərlə əməkdaşlıq etməklə onlardan həddən artıq asılı vəziyyətə düşdük. Asılılıqlarımız həyatımızın vacib sahələrində olmasını istədiyimizdən daha tez zəif tərəfimizə çevrilir”.

Baş nazir Marin Çin məsələsində Rusiyada olduğu kimi, bu ölkə kimi “avtoritar” ölkələrlə qurulacaq ticarət əlaqələrində “kritik asılılıqlardan” imtina etməyin lazım olduğunu vurğulayıb.

Marin, “Məsələn, mikroçiplər, yarımkeçiricilər və ya hər hansı kritik texnologiyaya gəldikdə avtoritar ölkələrdən asılı ola bilmərik. Çünki o ticarət yolları birdən-birə kəsilsə, o zaman problemlər yaşayacağıq”, – dedi.

Baş nazir Marin, o cümlədən Finlandiyanın da daxil olduğu Aİ və Avstraliya arasında yekunlaşdırılmış azad ticarət sazişinin çevik təchizat zəncirlərini inkişaf etdirmək üçün yaxşı “fürsət” yarandığını söyləyib.

Baş nazir Marin daha sonra Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşüb.

Hər iki tərəf birgə bəyanat yayaraq, danışıqların “açıq və demokratik cəmiyyətlər kimi davamlılığını gücləndirmək və davamlı inkişafı təşviq etmək üçün birlikdə işləməyin zəruriliyini vurğulayıb.

Hər iki baş nazir mürəkkəb təchizat zəncirlərini və enerji resurslarını idarə etmək, etibarlı, inkişaf etməkdə olan texnologiyalara sərmayə qoymaq insan haqları, habelə iqtisadi, siyasi, sosial və ekoloji sabitliyi təşviq etməyin vacibliyi barədə razılığa gəlib.

 





02.12.2022    çap et  çap et