Cao Pekində keçirdiyi gündəlik mətbuat konfransında ABŞ ordusunun dekabrın 1-də Suriyanın şimalından 54 neft yüklü tankeri Şimali İraqdakı bazalarına köçürdüyü iddiasını dəyərləndirib.
Cao, Suriya rejiminin rəsmi məlumatlarına görə, ABŞ-ın qaçaqmalçılıq fəaliyyətinin ölkədə vətəndaş müharibəsinin başladığı 2011-ci ildən 2022-ci ilin birinci yarısına qədər 100 milyard dollardan çox itkiyə səbəb olduğunu bildirib: “Bu, qanunsuzdur. ABŞ-ın Suriyada əsgərləri olması, "Suriyadan neft və taxıl qaçaqmalçılığı və ABŞ-ın Suriyaya raket hücumu təşkil etməsi qeyri-qanunidir".
Qaçaq neft səbəbiylə qış aylarında xalqın problem yaşayacağını bildirdiyini iddia edən Cao, beynəlxalq ictimaiyyəti vəziyyətə seyrçi qalmamağa və iddiaları diqqətlə araşdırmağa çağırıb.
ABŞ-ı bir tərəfdən "qaydalara əsaslanan beynəlxalq nizamı" müdafiə edərkən beynəlxalq hüquq və qaydaları pozmaqda günahlandıran Cao deyib: “ABŞ “qaydalar”dan danışanda adətən öz maraqlarına xidmət etmək və ya hegemonluğunu saxlamaq üçün bəhanələr tapmağa çalışır. Fransanın Vaşinqtondakı keçmiş səfiri Gerard Araud və bir çox başqalarının dediyi kimi, “Amerikalılar istədiklərini edirlər, hətta bu, özlərinin beynəlxalq hüquqa zidd olsa belə”. Dünyanın qalan hissəsi bu nizamı belə görür”.