Qərarın Aİ-nin rəsmi nəşrində dərcindən sonra qüvvəyə minəcəyinə diqqət çəkib. Böyük yeddilik və Aİ ölkələri Rusiya neftinə maksimum qiymət tətbiq etmək üçün danışıqlar aparırdılar.
Böyük yeddilik ötən həftə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin maksimum qiymətini 65-70 dollar arasında müəyyən etməyi təklif edib.
AB daxilində, xüsusilə Polşa, Litva və Estoniya adıçəkilən qiymətləri daha aşağı səviyyələrdə müəyyən etməyə çalışırdılar və yekdillik lazımi qərarın qəbul edilməsinə mane oldu.
Rusiya neftinin nəqlində mühüm rol oynayan və əhəmiyyətli gəlir təmin edən Yunanıstan, Malta və Cənubi Kipr maksimum qiymətin daha yüksək səviyyədə təyin olunmasını istəyib.
Aİ Komissiyası isə üzv dövlətlər arasında danışıqlarda konsensusa nail olmaq üçün Rusiyadan dəniz yolu ilə daşınan neftin bir bareli üçün tavan qiymətinin 60 dollar olması təklifini irəli sürmüşdü.
Bundan əlavə, Rusiya neftinin bu qiymətə əlavə olaraq yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq. Bu mexanizm Rusiya neftinin dünya bazar qiymətlərindən 5 faiz aşağı saxlanılmasını təmin edəcək.
Rusiya neftinə tətbiq edilən maksimum qiymətə hər 2 aydan bir yenidən baxılacaq.
Maksimum qiymət tətbiqinin Aİ-nin Rusiyadan dəniz yolu ilə xam neft tədarükünü kəsmək qərarının qüvvəyə mindiyi dekabrın 5-də qüvvəyə minməsi gözlənilir.
Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir.
Digər tərəfdən, Rusiya rəsmiləri maksimum qiymət tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.