İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani “Twitter” səhifəsində hücumu pisləyib.
Hücumun İtaliyanın Afinadakı səfirliyinin 1-ci katibi Suzanna Şlaynın avtomobilinə yönəldiyini bildirən Tacani, “Mən dəstəyimi ifadə etmək üçün onunla telefonla danışdım”, – deyib.
Tacani qeyd edib ki, bu gün Afinaya səfəri zamanı İtaliya səfirliyinə də baş çəkəcək.
İtaliya Xarici İşlər Nazirliyinin “Twitter” hesabında yer alan paylaşımda yanğına cəhd şiddətlə pislənib. “İtaliyanın Afinadakı səfirliyinin əməkdaşlarına və həmkarlarımıza həmrəyliyimizi və yaxınlığımızı bildiririk. Ağır cinayət əməli olan bu hadisə ilə bağlı səlahiyyətli orqanların açıqlamasını gözləyirik”, – bəyanatda bildirilir.