Vaxt.Az

Ağ Evdən Aİ-nin qərarına dəstək


 

ABŞ tətbiqin Rusiyanın döyüş qabiliyyətinin azaldacağına inanır

Ağ Evdən Aİ-nin qərarına dəstək ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinə 60 dollarlıq maksimum qiymət tətbiq edilməsi qərarını alqışladıqlarını və bu praktikanı dəstəklədiklərini bildirib.

Con Kirbi, “Zoom” vasitəsilə Ağ Ev müxbirlərinə verdiyi onlayn brifinqdə ABŞ-ın xarici siyasət gündəmini dəyərləndirdi və jurnalistlərin suallarını cavablandırdı.

Kirbi, Aİ ölkələrinin Rusiya neftinə maksimum qiymət tətbiq etmə qərarı ilə bağlı suala Baydenin daha əvvəl bu mövzunu təşviq etdiyini deyərək, Ağ Ev rəsmisi maksimum qiymət tətbiqinin Ukrayna müharibəsində Rusiyanın döyüş qabiliyyətini azaldacağına inandıqlarını bildirib.

“Biz Aİ tərəfdaşlarımızın bununla bağlı hərəkətini alqışlayırıq”, – o deyib.

Qeyd edək ki, Aİ ölkələri bu gün Rusiyadan dəniz yolu ilə daşınan neftə bir barel üçün 60 dollar maksimum qiymət tətbiq etmək barədə razılığa gəliblər.

 





02.12.2022    çap et  çap et