İtaliyada olan Qrossi “La Repubblica” qəzetinə Ukraynanın nüvə təhlükəsizliyi və təhlükəsizliyi ilə bağlı açıqlamalar verib.
Zaporojya AES-i və ətrafında münaqişəsiz “nüvə təhlükəsiz zonası” yaradılması üçün uzun müddətdir Moskva ilə Kiyev arasında danışıqlar aparan Qrossi “Mənim vəzifəm ən qısa zamanda həll yolu tapmaqdır. Bu ilin sonuna qədər razılığa gələcəyimizə ümid edirəm”, – deyib.
Mümkün bir nüvə fəlakətinin qarşısını almağı hədəflədiklərini ifadə edən Qrossi, məqsədlərinin bu addımdan sonra heç bir tərəfin xeyrinə “hərbi vəziyyət yaratmaq” olmadığını bildirib.
Tərəflər arasında konsensus əldə etmək üçün hər iki ölkənin dövlət başçıları ilə görüşməyin mümkün olduğunu qeyd edən Qrossi bu məqsədlə ötən ay İstanbulda Rusiya rəsmiləri ilə görüş keçirib.