Mask keçmiş “Twitter” administrasiyası ilə Demokratlar arasındakı senzura yazışmalarını, müstəqil jurnalist kimi tanınan “Twitter” istifadəçisi Matt Taibbi vasitəsilə ifşa etdi.
Taibbinin “Twitter Faylları” başlığı ilə yaydığı və “Twitter” işçiləri arasında mesajların yer aldığı yazışma Mask tərəfindən paylaşılıb.
Maskdan aldığı fayllar əsasında bir sıra tvitlər atan Taibbi, “Twitter”in son dərəcə sərbəst ünsiyyət üçün qurulduğunu, lakin zamanla təhlükəsizlik baxımından platformaya müxtəlif nəzarət mexanizmlərinin əlavə edilməli olduğunu qeyd etdi.
***
Maliyyə fırıldaqları kimi təşəbbüslərə qarşı inkişaf etdirilən tətbiqlərin zamanla manipulyasiya miqyası qazandığını ifadə edən Taibbi, platformadakı məzmuna kənardan müdaxilə tələblərinin olduğunu və idarəçilərin bu tələbləri qarşılaşdığını ifadə etdi.
E-poçtun görüntüsünü paylaşan Taibbi yazıb ki, 2020-ci ilə qədər siyasətçilərdən tutmuş məşhurlara və şirkətlərə qədər bir çox aktyorun “Twitter”dən yazıların silinməsi tələbləri adi hala çevrilib.
Baydenin komandasının 2020-ci il prezidentlik yarışı zamanı silinəcək bir çox paylaşım linkini şirkətə göndərdiyini qeyd edən Taibbi, ekran görüntüsü paylaşımında şirkət işçilərindən birinin “Bayden komandasından araşdırmaq üçün daha çox şey var” email atdığı, qarşı tərəfdən “Nəzarətə götürüldü” şəklində cavab aldığı məlum oldu.
***
Faylları araşdırdığını, həm demokratların, həm də respublikaçıların tələblər irəli sürdüyünü ifadə edən Taibbi, müsbət cavab alanların daha çox demokrat olduğuna diqqət çəkdi.
“The New York Post” qəzetinin 14 oktyabr 2020-ci ildə Hanter Baydenin noutbukundan əldə edilən faylları dərc etdiyini xatırladan Taibbi, “Twitter” idarəçiləri arasında yazışmalara əsaslanaraq şirkətin bu xəbərə aid bağlantıları “təhlükəsiz deyil” xəbərdarlığı ilə saytdan sildiyini bildirib.
Taibbi, “Onlar hətta bu xəbərə qarşı uşaq pornoqrafiyası kimi paylaşımlarda üçün istifadə edilən və məlumatın birbaşa ötürülməsinə mane olan plagini də tətbiq ediblər”, – deyib.
Hətta həmin vaxt adıçəkilən xəbərlə bağlı “tweet” atdığı üçün Ağ Evin sözçüsü Keyli Makinaninin (Kaleigh McEnany) hesabının bloklandığını da bildirdi. Taibbi keçmiş prezident Donald Trampın kampaniya komandası ilə “Twitter” arasında, (kommunika-siyasəti komandası ilə şirkətin təhlükəsizlik qrupları) arasında gərginliyi təsdiq edən sənədləri paylaşdı.
Taibbinin yazdığına görə, “Twitter” rəhbərliyinin Hanter Baydenlə bağlı xəbəri “icazəsiz üsulla əldə edilən material” adıyla sildiyini, lakin daha sonra yazışmalarda bu taktikadan bəhanə kimi istifadə olunduğu məlum olub.