Vaxt.Az

İsveçdə məscidə islamofob hücum


 

İbadət evinin qarşısına dağıdılmış Qurani-Kərim qoydular

İsveçdə məscidə islamofob hücum İsveçin paytaxtı Stokholmda məscidin giriş qapısı yaxınlığında dağıdılmış Qurani-Kərimin qoyulması ilə islamofob hücum həyata keçirilib.

Stokholm məscidinin sosial media hesabından edilən açıqlamada naməlum şəxslər tərəfindən məscidin qapısının yanındakı barmaqlıqlara zəncirlə dağıdılan Qurani-Kərim bağlanılıb. Bu hadisəylə müsəlmanların alçaldıldığı bildirilib.

Hadisənin fotoşəkilinin də yer aldığı açıqlamada, “Məscidimiz və camaatımız çox davamlı şəkildə təhdidlərə məruz qalır. İrqçilər həmişə özləri olmayanları ləkələmək üçün müxtəlif cəhdlər edirlər. Həm cəmiyyətimizin, həm də ictimaiyyətin diqqətini cəlb etmək, nifrət cinayətlərinin normallaşmasının qarşısını almaq üçün bu fotoları və məlumatları paylaşırıq”.

Qeyd edilir ki, məscidin qapısına əvvəllər də dəfələrlə sprey boya ilə dəfələrlə xaç işarəsi çəkilib, üzərində islamofob yazılar yazılıb.

 





03.12.2022    çap et  çap et