“Bildiyimiz qədər, “S-400”lər qutularında qalıb", - Hodges deyib. “Türkiyə bu addımından dönə bilər, məsələn, həmin sistemləri Ukraynaya verə və “F-35” proqramına qayıda bilər. Rusiyadan alınan “S-400” raketdən müdafiə sisteminin hissələri 2019-cu ilin iyununda Türkiyəyə gəlib. “S-400”lərin üçüncü ölkəyə göndərilməsi iki ölkə arasında razılaşmaya ziddir. ABŞ 2019-cu ilin iyul ayında bu sistemlərin NATO sistemləri ilə uyğun gəlmədiyini və gizli hərbi məlumatların Rusiyanın əlinə keçə biləcəyini əsas gətirərək Türkiyəni “F-35” döyüş təyyarəsi layihəsindən çıxarmışdı.