Qəza nəticəsində avtobusa böyük ziyan dəyib, hadisə nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Hadisə şahidləri avtobusun bir neçə dəfə yuvarlandığını və yoldan ən azı 200 metr aşağı düşdüyünü deyib. Xilasetmə qruplarının dolanbac yol və avtobusun yola uzaqlığı səbəbindən çətin anlar yaşadıqlarını bildirilib.
Hadisənin səbəbi hələ müəyyən edilməsə də, rəsmilər hadisənin rayonda yolların döngə olması və sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyini vurğulayır.