Vaxt.Az

“Hədəf Baxmutdur”


 

Rusiyanın işğal planı açıqlandı

“Hədəf Baxmutdur” Böyük Britaniyanın Müdafiə Nazirliyi bu gün Rusiyanın Ukraynaya müdaxilə planının təfərrüatlarını paylaşan bəyanat yayıb. Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Londondan diqqətçəkən açıqlama gəlib.

Nazirlikdən verilən açıqlamada, Rusiya ordusunun taktiki irəliləyişlər əldə etmək üçün Donetsk vilayətində Baxmutu mühasirəyə alma ehtimalının olduğu bildirilib.

Rus ordusunun bu yolla irəliləyiş əldə edəcəyi bildirilərkən, İngiltərə rəsmiləri gündəlik kəşfiyyat brifinqində Rusiyanın bu nöqtəni ələ keçirməsinin müharibənin gedişatına da təsir edə biləcəyini bildiriblər.

“Biz hesab edirik ki, Baxmutun ələ keçirilməsi Rusiyanın siyasi məqsədləri ilə yanaşı, onun simvolik mənası ilə də üst-üstə düşür”, – bəyanatda deyilir. Bu yeri ələ keçirmək Kramtorsk və Sloviansk vilayətlərini də təhdid edə bilər”, – deyə o bildirib.

 





03.12.2022    çap et  çap et