Son bir ildə qeydə alınan miqrasiya ilə Almaniyanın həkim təhsilinə qənaəti 4 milyard avrondan çoxdur. Türkiyədən başlayan ixtisaslı tibb işçisi axını Almaniyanın əlini yüngülləşdirir. Bu ilin dekabr ayına qədər Türkiyədən Almaniyaya getmək üçün “icazə sertifikatı” alan türk mütəxəssis həkimlərin sayı rekord qıraraq 1227-yə çatıb. Sertifikat alan ümumi praktikantların sayı 1190-a çatıb. Bu rəqəm Türkiyədən gələn həkimlərin immiqrasiyasında rekorddur. İsveçrə və digər ölkələrə gedənlər bu rəqəmlərə daxil deyil.
Son 10 ildə Türk Tibb Birliyinin sayındakı artım nəzərəçarpacaq dərəcədə artır. İllərə görə Almaniyaya gedən həkimlərin sayı belədir:
2012-59
2013-90
2014-118
2015-150
2016-245
2017-482
2018-802
2019-1047
2020-931
2021-1405
2022 (noyabr ayına qədər) - 2417
***
Almaniyada təxminən 15 000 həkim çatışmazlığı var. Türkiyədən gələn həkimlərin sayı 10 minə çatıb.
Bunla belə həkim çatışmazlığı davam edir. Xüsusən də ixtisaslı tibb işçisi azlığı səbəbindən bəzi klinikalar bağlanmağa başlanıb. Hessen əyalətinin Usenqen şəhəri xəstəxanasının doğuş şöbəsində mamaça olmadığı üçün bağlanmaq qərarına gəliblər.
Türkiyədən həkimlər gəlməsə, daha bir çox xəstəxananın bağlanma təhlükəsi ilə üzləşəcəyi bildirilib.
Türk həkimlərin axını bu şəkildə davam edərsə, Almaniyanın 2025-ci ilə qədər kəsirinin böyük ölçüdə həll olunacağı düşünülür.