Xarici İşlər Nazirliyinin saytında dərc edilən açıqlamada bildirilir ki, xarici işlər naziri və Aİ-nin ali nümayəndəsi “Birgə Hərtərəfli Fəaliyyət Planı (KOEP) ilə bağlı son vəziyyəti və İranla Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) əməkdaşlığını müzakirə ediblər.
Görüş zamanı Abdullahiyan bəzi avropalı nazirlərin son vaxtlar istifadə etdiyi “diplomatik nəzakətə zidd diskurs”u tənqid edib və Avropadakı bəzi radikal siyasətçilərin “Avropa Birliyinin arxasında gizlənərək” bundan “istifadə etdiyini” bildirib.
Nəticədə, Abdullahiyan bildirib ki, “Avropa Birliyinin strateji hədəfləri bu siyasətçiləri yanlış məlumatlandıran zorakı və hətta terrorçu qrupların ambisiyalarının qurbanı olub”.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borel tərəflərin Vyanada razılaşdırılmış öhdəlikləri geri qaytarmaq üçün səy göstərdiklərini ifadə edərək, razılığa gəlmək üçün səylərini davam etdirəcəklərini vurğulayıb.