Vaxt.Az

Ukraynada kritik saatlar...


 

Böyük hücum başlamaq üzrədir

Ukraynada kritik saatlar... Rusiya qoşunlarını Xerson bölgəsindən çıxaranda onun yenidən nə vaxt hücuma keçəcəyi böyük maraq doğururdu. Bu yaxınlarda Ukrayna administrasiyası Rusiyanın genişmiqyaslı hücuma hazırlaşdığını açıqlamışdı. Gözlənilən hücumla bağlı ilk xəbərdarlıq yenə Ukraynadan gəldi. Kiyev artıq mülki şəxslər təxliyə üçün məlumatlandırıb.

Dekabrın 3-dən 5-dək Ukrayna hökuməti Dnepr çayının sol sahilində müvəqqəti işğal olunmuş ərazini tərk edə bilməyən vətəndaşların təxliyəsi üçün əməliyyatlara başladığını açıqlayıb.

“Bölgədə mümkün hücum təhlükəsi səbəbindən evakuasiya zəruri hesab edilib”, – Xerson hərbi administrasiyasının bəyanatında deyilir.

Rəsmilər bəlli saatlarda çaydan keçməyə icazə veriləcəyini açıqlayıb. Çayın başqa hissələrində keçid yasaqlanacaq. Mülki şəxslərdən təxliyə təlimatlarına ciddi əməl etmələri ilə bağlı istənilib.

Azad edilmiş əraziyə gəlmək üçün əlavə vaxt tələb olunarsa, vətəndaşlara icazə verilən yeganə yer kimi yalnız liman tərəfinə çatmaları xahiş olunur. Evakuasiya zamanı Ukrayna vətəndaşlığını təsdiq edən sənədlərin təqdim edilməsi məcburidir.

Rusiya qüvvələrinin geri çəkilməsindən sonra qisas məqsədilə şəhərlərin elektrik və su şəbəkələrinə raket hücumları qış aylarının başlaması ilə humanitar ehtiyacların məhdudlaşdırılmasına səbəb olub.

Ukrayna prezidenti Zelenski çıxışında “əsas vəzifə enerji sistemini sabitləşdirməkdir” demişdi. Bununla belə, Ukrayna prezidenti paytaxt Kiyev də daxil olmaqla əksər regionlarda elektrik enerjisinin kəsilməsinin davam etdiyini bildirib: “Ümumilikdə 6 milyondan çox abunəçi zərər çəkib. Çərşənbə günü axşam 12 milyona yaxın abunəçinin elektriki kəsilib”.

Ölkədə qurulacaq “məğlubedilməzlik nöqtələri”nə toxunan Zelenski bu məntəqələrin ölkə vətəndaşlarını qida, su, elektrik enerjisi və ilkin tələbat malları ilə əhatə edəcəyini bildirib.

 





03.12.2022    çap et  çap et