Vaxt.Az

Elnur Aslanova yeni vəzifə verildi...


 

Dostu jurnalisti hədələdi...

Elnur Aslanova yeni vəzifə verildi... Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb.

E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin edilib. Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Məlumatlı mənbənin musavat.com-a bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Doğrudur, Elnur Aslanovun yeni vəzifəsi bundan əvvəlki məqamı ilə müqayisədə çox kiçikdir. Lakin əsas olan budur ki, prezident onu bir kənara atmadı və yenidən dövlət sisteminin içərisinə buraxdı. Bu, E. Aslanovu nəzarətdə saxlamaq üçün də həyata keçirilə bilər, eyni zamanda onun bağlı olduğu şəbəkənin qüdrətini nəzərə alaraq, kompromis addım kimi də qiymətləndirilə bilər. İstənilən halda, məhz Türkiyədə seçkilər bitəndən dərhal sonra bu təyinatın həyata keçirilməsi maraq doğurur. 

***

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Elnur Aslanovun yeni vəzifəyə təyin olunmasına münasibət bildirib. SAM rəhbəri virtualaz.org saytına açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdirinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz edib.

«Nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır. Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur» - deyə F.Məmmədov bildirib. 

Qeyd edək ki, F.Məmmədovla E.Aslanov yaxın dost və həmfikirdirlər.

***

SAM-ın rəhbəri mətbuatda onun adından yayımlanan açıqlamanı təkzib edib.

Hafta.az-a daxil olan məlumata görə, F.Məmmədov bildirir ki, haqqın.az saytının 2 aprelə 2014-cü il tarixli buraxılışında ona istinadən «Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyə layiq deyil» başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb: « Məlumat üçün bildirirəm ki, nə bu gün nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmamış və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə «eksklüziv müsahibə» adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram».

 





02.04.2014    çap et  çap et