Atom Enerjisi Agentliyinin nüvə stansiyalarını inkişaf etdirməyi hədəflədiyini vurğulayan İslami, Karun nüvə təsisinin enerji istehsalına töhfə verəcəyini qeyd edib: “Hökumət enerji istehsalına və ucuz yanacağın istifadəsinə diqqət yetirir. Biz bir qurum olaraq, nüvə obyektlərini inkişaf etdirmək istəyirik. Onun verəcəyi töhfə, qurumun qarşıdakı 20 illik hədəfidir”.
Bildirilib ki, Xuzistan əyalətinin Əhvaz şəhərinin Darxoveyn rayonunda 300 meqavat enerji istehsal etmək gücündə olacaq və təzyiqli su reaktoru (PWR) ilə işləyəcək “Karun” atom elektrik stansiyasının tikintisi 8 il çəkəcək. Layihənin təxminən 2 milyard dollara başa gələcəyi gözlənilir.