Braziliyanın turizm şəhərlərindən biri olan Rio-de-Janeyroda fəlakət baş verib. Ölkənin ən məşhur turistik çimərliklərindən biri olan və 6,7 milyondan çox insanın yaşadığı Kopakabananın yerləşdiyi Rio-de-Janeyro yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib.
Alov sürətlə yaşayış məntəqələrinin yerləşdiyi əraziyə doğru irəlilədiyi deyilir. Reuters xəbər agentliyi hadisə yerindən fotolar paylaşıb. Fotolarda yamyaşıl meşəlik ərazidə tüstünün qalxdığı və alovların sıx məskunlaşan əraziyə doğru hərəkət etdiyi görünür.
Hadisə yerinə çoxlu ilkin tibbi yardım briqadaları və yanğınsöndürənlərin göndərildiyi açıqlanıb.
Yanğının Rionun cənubundakı Kopakabana ilə Jordigu de Freitas gölü arasında başladığı bildirilib. Yanğının səbəbi hələ açıqlanmasa da, çox böyük meşəlik ərazinin külə çevrildiyi bildirilib.
çap et