Bəyanatda Sergey Şoyqunun dəyişikliklə bağlı fikirləri də yer alıb: “Belarusla müttəfiqlik münasibətləri Qərbin görünməmiş təzyiqi və ittifaq dövlətlərinə elan edilən müharibə qarşısında əhəmiyyət qazanıb. Belarus bizim etibarlı tərəfdaşımızdır və olmaqda davam edir”. Bildirilib ki, Şoyqu Minskin ABŞ və müttəfiqlərinin Belarusa, eləcə də Rusiyaya qarşı təzyiqlərindəki mövqeyini yüksək qiymətləndirib.
Şoyqu həmçinin bildirib ki, regional təhlükəsizlik qrupunun əsgərləri Belarus ərazisində döyüş koordinasiyası fəaliyyətləri həyata keçirir: “Hazırda iki ölkənin dövlət başçılarının qərarına əsasən, Rusiya və Belarus ortaq regional güc hərbi birləşmələri döyüş təlimləri həyata keçirir”.