Estoniyan rəsmiləri bildiriblər ki, HİMARS raket sistemi üçün ABŞ ilə imzalanan müqavilə ilə sursat və avadanlıq, eləcə də təlim təmin ediləcək.
Məlumata görə, sövdələşməyə 70-300 kilometr mənzilli HİMARS raketləri daxildir. “Lockheed Martin” Korporasiyası ilk tədarükləri 2024-cü ildə edəcəyi gözlənilir.
Müqavilənin ən böyük silah tədarükü layihəsi olduğunu qeyd edən rəsmilər, sözügedən razılaşmanın Estoniyanın müdafiə qabiliyyətini artıracağını bildiriblər.
Estoniya Müdafiə Qüvvələrindən polkovnik-leytenant Kaarel Maesalu bəyan edib ki, HİMARS raket sisteminin alınması ölkəsinin müdafiə qabiliyyətini artırmaq baxımından mühüm addımdır.