Vaxt.Az

Paris sanksiyaları pozur


 

Fransa son 4 ayda Rusiyadan 82 barel uran alıb

Paris sanksiyaları pozur “Greenpeace” ekoloji qeyri-hökumət təşkilatı (QHT) Ukrayna müharibəsi zamanı Fransanın Rusiyadan uran almasını “qalmaqallı” adlandırıb.

QHT xəbər verir ki, noyabrın 29-da Mixail Dudin adlı gəmi Fransanın şimalındakı Dunkerke limanına xeyli təbii və zənginləşdirilmiş uranı çatdırıb.

Xəbərdə bildirilir ki, daha sonra gəmi Rusiyaya yola düşüb və dekabrın 6-da Sankt-Peterburq limanında çatması gözlənilir.

Təşkilatın rəsmisi Pauline Boyer, “Ukraynada müharibə qızışarkən Rusiya ilə nüvə ticarətinin davam etməsi qalmaqallıdır. Bu, köhnə hamam, köhnə tas deməkdir”, – o bildirib.

Boyer sentyabrın 28-də Rusiyadan Dunkerke limanına 10 barel, sentyabrın 13-də 20 barel, avqustun 24-də isə 52 barel uran göndərildiyini bildirib.

QHT həmçinin hökuməti Kremllə nüvə ticarətinə son qoymağa çağırıb.

Fransanın dövlət enerji şirkəti EDF-nin törəmə şirkəti olan nüvə reaktoru operatoru “Framatome”, alınan uranın nüvə yanacağının istehsalında istifadə olunacağını açıqlayıb.

Şirkət yanacağın bir hissəsinin şirkətin müştərilərinə, bir hissəsinin isə nüvə sualtı qayıqlarda istifadə üçün Fransa ordusuna satılacağını bildirib. EDF, çatdırılmanın beynəlxalq sanksiyaları pozmadığını bildirib.

Uran idxal edən Fransa bu elementi emal edərək yenidən Rusiyaya satır. Hökumət, əsasən dövlətə məxsus olan EDF və Orano şirkətlərinin ixracının oktyabr ayında dayandırılacağını açıqlamışdı.

 





03.12.2022    çap et  çap et