BBC Türkiyə xəbərinə görə, İşçi Partiyasının namizədi Samanta Dikson 61 faiz səslə parlament üzvü seçilib, onun ən yaxın rəqibi Mühafizəkarlar Partiyasının namizədi Liz Vardlounun səs nisbəti isə 22 faizdə qalıb. Leyboristlərin əlavə seçkilərdə qalib gələcəyi gözlənilirdi. Mühafizəkarlar Partiyası Çesterdə əhəmiyyətli səsləri itirmişdi.
2019-cu ildə keçirilən ümumi seçkilərdə Leyboristlər Partiyası bu dairədə səslərin 49 faizini, Mühafizəkarlar Partiyası isə 38 faizini toplayıb. Ötən gün keçirilən təkrar seçkilərdə seçici fəallığı 41 faiz olub.
Dikson qələbə nitqində “Çester xalqı açıq şəkildə bildirdi ki, Rişi Sunakın rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası artıq ölkəni idarə etmək səlahiyyətinə malik deyil”, – deyib.
Qeyd edək ki, Leyboristlər Partiyasının Çester millət vəkili Kris Metison (Chris Matheson) “seksual zorakılıq”da günahlandırılıb və parlament daxilində yaradılan müstəqil komitə millət vəkilinin parlamentdən kənarlaşdırılmasını tövsiyə edib. Metisonun istefasından sonra Çesterdə əlavə seçki qərarı verilib.