Bu yaxınlarda Aleks Consun “Infowars” şousunda “Mən Hitleri sevirəm” açıqlamasını verən Uest dünən “Twitter”dəki səhifəsində David ulduzu ilə faşist emblemini birləşdirilən fotonu yerləşdirdikdən sonra sosial şəbəkədəki hesabı ləğv olunub. “YE24 hər kəsi sevir” deyən Uest fotonun üzərinə bu sözləri yazmışdı: “Mən Hitlerin yaxşı tərəfini görürəm. Mən nasistləri sevirəm”.
Bu hadisələrdən sonra “Twitter”in yeni sahibi İlon Mask Kanye Uestin platformadakı hesabını dayandırıb. Hesabının dayandırılacağını öyrənən Uest, nəhayət Maskın yaxtada yarıçılpaq fotosunu paylaşaraq, “Hamı bunu mənim son tvitim kimi xatırlasın” sözlərini yazıb. Mask isə kilolu fotosunun ona motivasiya olacağını bildirib və qərarından geri çəkilməyib.
Qeyd edək ki, İlon Mask platformanı satın aldıqdan sonra Kanye Uestin əvvəllər də bağlanmış səhifəsini açaraq reperi sosial şəbəkəyə qaytarmışdı.