Vaxt.Az

“Hazırda təhlillər aparırıq”


 

Kremldən neft qiyməti qərarına etiraz

“Hazırda təhlillər aparırıq” Avropa İttifaqı və Böyük yeddilik ölkələrinin dəniz yolu ilə daşınan Rusiya neftinin barelinə 60 dollar maksimum qiymət tətbiq etmək qərarına Kremldən reaksiya verilib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında “hazırda təhlillər aparırıq. Bu qiymət həddi ilə bağlı hazırlıqlarımız var. Biz bu qiymət həddini qəbul etməyəcəyik və təhlilimizdən sonra bu işi necə təşkil edəcəyimizi barədə sizə məlumat verəcəyik”, – deyib.

Jurnalistin Rusiya prezidenti Vladimir Putinin Donbass bölgəsinə səfər edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Peskov, “Bu, vaxtı gələndə olacaq. Bunlar Rusiyanın bir hissəsidir”, – deyib.

 





03.12.2022    çap et  çap et