Vaxt.Az

3 saatlıq panika


 

Nəbz yoxlaması uğurlu alındı

3 saatlıq panika Ermənilər anlayırlar ki, gün gələcək və Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postları fəaliyyətə başlayacaq. Bu gün yolun təxminən 3 saat bağlı qalması və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi.

Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görməyə alışmalıdırlar. Maraqlıdır ki, Ermənistan hakimiyyəti bu gün baş verənləri soyuqqanlı qarşıladı, kəskin reaksiya vermədi, Qarabağdakı separatçılar isə haray-həşir saldılar. Onlar qorxu içindədirlər və cavab tapmağa çalışdıqları sual budur: “Rusiya yolun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsinə seyrçimi qalacaq, yoxsa buna imkan verməyəcək və Azərbaycan məmurları bundan sonradamı Xocalıya və ya Xankəndiyə gələcəklər?”

 





03.12.2022    çap et  çap et