Amerikanın xəbər telekanalı bildirir ki, oktyabrın 5-də Putin beynəlxalq hüquqa zidd olaraq Ukraynanın dörd bölgəsinin ilhaqı barədə qərara imza atdı. Moskvanın iddia etdiyi ərazilər Donetsk, Luqansk, Zaporojye və Xersondur. Beynəlxalq hüquqa görə qeyri-qanuni olan ilhaq prosesi regionlarda keçirilən qondarma referendumlardan sonra baş verib ki, bu referendumlar Ukrayna və Qərb dövlətləri tərəfindən hamılıqla rədd edilib. Kreml rəsmiləri bu bölgələrin indi Rusiyaya aid olduğunu iddia etsə də, Moskva qoşunları bu ərazilərin hamısına nəzarət etmir.
Rusiya Krım yarımadasını 2014-cü ildə işğal edib. Qərb və Ukrayna Krımı Rusiya tərəfindən işğal olunmuş ərazi hesab edir.
Rusiya Ukrayna müharibəsində ağır vəziyyətə düşüb. Putin Suriya və Cənubi Qafqazdakı bəzi hərbi hissələri Ukrayna cəbhəsinə göndərib...
Nə qədər qəddar səslənsə də etiraf etməliyik ki, Rusiya-Ukrayna müharibəsinin uzanması keçmiş SSRİ məkanındakı ölkələr üçün, xüsusən separatizmdən əziyyət çəkən Moldova, Gürcüstan və Azərbaycanın xeyrinədir. Artıq Rusiya 24 fevraldan əvvəlkinin heç yarısı da deyil. Sonrası daha pis olacaq...