ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Bred Kuper verdiyi açıqlamada bunun bir ayda ələ keçirilən ikinci qayıq olduğunu bildirib: “Bu, İranın qaçaqmalçılıq yolu ilə ölümcül silahlar daşıdığının və regionda sabitliyi pozduğunun mühüm göstəricisidir”, – bəyanatda deyilir.
Yəməndə husilərə birbaşa və ya dolayı yolla silah satışının, tədarükü və ya ötürülməsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin və beynəlxalq hüququn pozulması olduğuna diqqət çəkən bəyanatda, ABŞ-ın 5-ci Donanmasının noyabrın 8-də Yəmənə partlayıcı daşıyan qayığı həbs etməsini nümunə göstərdi.