Regional polis rəisi Bantern Laoçaren hücumdan sonra verdiyi açıqlamada hücum zamanı 26 kiloluq əldəqayırma bombadan istifadə edildiyini bildirib. Polis rəisinin sözlərinə görə, şiddətli partlayışdan sonra isə bombanın yerləşdirildiyi relslərin altında 2 metrlik çuxur əmələ gəlib. Laoçaren həmçinin hücumda terror və ya oğurluq şübhələrinin olduğunu bildirib.
Hücumun baş verdiyi Hatyai (Tailand) – Padanq Besar (Malayziya) qatar xətti nəqliyyata bağlanarkən, hadisə ilə bağlı araşdırma başladılıb.