Ketrin tədbirdə geyindiyi Britaniyanın “Hurr” moda şirkətindən icarəyə götürdüyü London üslubundakı yaşıl paltarla gecəyə damğa vurdu. Middlton paltar seçimi ilə qənaət və təkrar emalın vacibliyi barədə cəmiyyətə mesaj verirdi.
“American Vogue”un xəbərinə görə, 2010-cu ildən bəri paltar kirayəsi şirkətləri sayəsində 1,3 milyon geyim məhsulunun istehsalının qarşısı alınıb. Bildirilir ki, bununla atmosferə 254 milyon litr su və milyonlarla kubmetr karbon qazının atılmasının qarşısını alınıb. Yeri gəlmişkən, Ketrinin yaşıl rəng seçməsinin təsadüfi olmadığı və bu rəngin ətraf mühit və planetlə bağlı olduğu bildirilib. O, bu geyimi qayınanası, mərhum şahzadə Dianaya məxsus boyunbağı ilə birləşdirib. Digər tərəfdən Ketrinin əvvəllər də bəzi kirayə paltarlardan istifadə etsə də, ABŞ səfərindəki geyimin dəyərinin 50 min dollar olduğu bildirilir.