Bu yaxınlarda ABŞ-da və Avropanın bəzi şəhərlərində ciddi siçovul infeksiyası baş verib. ABŞ-ın və dünyanın ən böyük şəhəri Nyu Yorkdan sonra siçovullar Şotlandiyanın Qlazqo şəhərinə də basqın ediblər.
Şəhərin Şimali Kelvinsayd bölgəsinin səlahiyyətliləri, təmizlik qruplarının siçovullar səbəbiylə zibil qablarının yerləşdiyi ərazilərə çata bilmədiklərini və bölgədə çox ciddi sağlamlıq probleminin yarana biləcəyini bildirdi. Bələdiyyə problemin həllini zibil qablarını köçürməklə tapıb.
Vətəndaşlara göndərilən məktublarda siçovulların təmizlikçilərin həyatını təhlükəyə atdığı, buna görə də zibil yığılan yerlərin başqa yerə köçürüldüyü bildirilib. Həmçinin qeyd olunub ki, rayonda problemin həlli üçün vətəndaşların iştirakı ilə növbədənkənar yığıncaqlar keçiriləcək.
Digər tərəfdən, İngiltərənin bir çox şəhərində son vaxtlar hər yerdən çıxan siçovullar narahatlıq doğurur.
***
Nyu-Yorkda bu həftə siçan istilasına görə gərginlik yaşanıb. Bələdiyyə sədri Erik Adam cümə axşamı paylaşdığı tvitində gəmiricilərə qarşı müharibə elan etdiyini açıqlayıb və “Sıçanlardan daha çox nifrət etdiyim heç bir şey yoxdur”, – deyib.
Son iki ildə şəhərdə siçovulların demək olar ki, iki dəfə artması faktı səlahiyyətliləri ciddi addımlara vadar edib. Bir çox küçələrdə küçələrdə gəzən siçovullar sakinləri təşvişə saldığından, siçovulları məhv etmək üçün illik 120.000-170.000 dollar maaş alacaq “siçovul rəisi” üçün iş elanı yerləşdirilib.
“Nyu-Yorkun sonsuz siçovul populyasiyasına qarşı inamınız, qətiyyətiniz və öldürücü instinktiniz varsa, xəyalınızdakı iş sizi gözləyir”, – elanda deyilir.
COVİD-19 pandemiyasında restoranların bağlanmasından sonra küçələri dolduran səyyar yemək arabalarının böyük şəhərlərdə siçan populyasiyasının artımında ciddi rol oynadığı deyilir. Bundan əlavə, pandemiya zamanı zibillərin yığılmasında yaranan fasilələr sayı milyonlara çatan siçanların çoxalmasını sürətləndirib.