Vaxt.Az

Əxlaq polisi ləğv edildi


 

Bəs çadra?

Əxlaq polisi ləğv edildi Sentyabrın 13-də İranın paytaxtı Tehranda əxlaq polisi tərəfindən saxlanılan Mahsa Əmininin vəfatından sonra ölkənin bir çox yerində başlayan etirazlar davam edir.

Nümayişlər üçüncü ayına qədəm qoyarkən İrandan diqqətəlayiq bir addım gəldi. “Agence France-Presse” (AFP) xəbər verir ki, İranın Baş prokuroru əxlaq polisinin ləğv edildiyini açıqlayıb.

Digər tərəfdən, İran Milli Təhlükəsizlik Şurası bu günə qədər aralarında təhlükəsizlik qüvvələri də daxil olmaqla 200-dən çox insanın etirazlarda həyatını itirdiyini açıqlayıb.

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) isə noyabrın 29-da dərc etdiyi hesabatda nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 448 nəfərin həyatını itirdiyini bildirib.

 





04.12.2022    çap et  çap et