Vaxt.Az

Dini SEPAH “qoruyacaq”


 

“Əxlaq polisi”nin səlahiyyətləri İslam İnqilabı Keşikçiləri Korpusuna verildi

Dini SEPAH “qoruyacaq” İranda “Əxlaq” polisi ləğv edilib, onum səlahiyyətləri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) verilib.

İranın baş prokuroru şənbə günü “Əxlaq” polisinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu qurumun fəaliyyətinin Məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və “keçmişdə yaradıldığı mənbədən bağlanıb”.

Məhəmməd Cəfər Muntəziri son etirazlarlə bağlı keçirilən qondarma “təbliğat fəaliyyəti” adlı toplantıda Əxlaq polisinin ləğvinin səbəbini soruşan iştirakçılardan birinə cavabında deyib:

“Cəmiyyətin davranışlarına bundan sonra hüquq mühafizə orqanları nəzarət edəcək”.

Yəni cəmiyyətin əxlaqını başı əmmaməli mollalar deyil, əli silahlı SEPAH-çılar qoruyacaq. 

Məntiqlə də, etirazlarda gənclərin trendi olan “hərəyə bir əmmamə yerə ataq” kampaniyası kimi şeylər olmayacaq, çünki əli silahlı SEPAH üzvünün papağını yerə ata bilməyəcəklər. 

İran bunu etirazların fonunda hakimiyyətin mütərəqqi addım kimi qələmə versə də, bu əksinə sərtləşməyə getmək deməkdir.

 





04.12.2022    çap et  çap et