Açıqlamada, radionun verdiyi mesajın minlərlə Burkina-Fasonun orduya qatılmasının qarşısını almaq üçün terrorçuların manevr etməsinə töhfə verdiyi bildirilib.
Burkina Faso hökuməti ötən ay başlatdığı kampaniya ilə milli və yerli səviyyədə 50 min əsgəri işə götürəcəyini açıqlayıb.
Bu il iki çevrilişin baş verdiyi Burkina Fasoda təhlükəsizlik problemləri səbəbiylə çevrilişdən sonra Fransa əleyhinə etirazlar keçirilib.
Qonşu Malidəki Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina Fasonun şimal və şərqində tez-tez hücumlar həyata keçirir. Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri də daxil olmaqla 2000 nəfər həlak olub.