Vaxt.Az

18 min tarixi əsər qaytarılıb


 

20 il əvvəl talan edilən İraq muzeylərinin artefaktları ...

18 min tarixi əsər qaytarılıb İraqın xarici işlər naziri Fuad Hüseyn ölkədən qeyri-qanuni yollarla çıxarılan 18 mindən çox tarixi əsər haqda danışıb.

Nazir Bağdadda keçirilən 6-cı Qədim Sivilizasiyalar Forumunun açılışında çıxış edib. İraq sivilizasiyalarının keçmişdə müxtəlif təhdidlərə məruz qaldığını bildirən Hüseyn, “Sivilizasiya abidələrinin məhv edilməsində terrorun əli var. Lakin bu terror aktları tarixi məhv edə bilməz”.

İraq hökumətinin tarixi əsərlərə qarşı təxribatı dayandırmaq üçün səy göstərdiyini və oğurlanmış əsərlərin geri qaytarılması üçün ikitərəfli əməkdaşlığı gücləndirmək ümidində olduqlarını vurğulayan Hüseyn, İraqdan qaçaqmalçılıq yolu ilə gətirilən 18 mindən çox tarixi əsərin ölkəyə qaytarıldığını bildirib.

İraqın xarici işlər naziri geri qaytarılan artefaktların nə vaxt və hara gətirildiyi barədə məlumat paylaşmayıb.

2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı ölkənin müxtəlif əyalətlərində, xüsusən də Bağdadda bir çox muzey talan edilib.

 





04.12.2022    çap et  çap et