- Sizcə, Krımın Rusiya tərəfindən anneksasiyasını tanıyan ölkələrə Avropa İttifaqının münasibəti necə olmalıdır?
- Siyasi razılıq əldə olunacağı və DCFTA-nın (Dərin və Müfəssəl Azad Ticarət Razılığı) imzalanacağı Vilnüs Sammitindən əvvəl Ermənistanın Avrasiya İqtisadi Forumuna qoşulmaq qərarı Aİ-ni çaşdırmışdı. Brüsseldə və Strasburqda isə Ermənistan Avropa ilə yaxşı əlaqələrini davam etdirmək istədiyini bildirmişdi. Bu isə, ikibaşlı danışıqdır.
Əgər Ermənistan Krımın anneksasiyasını Avropa İttifaqının bu məsələ ilə bağlı siyasi razılıq əldə etməsindən əvvəl tanıyarsa, bu, Aİ-yə Ermənistanın mövqeyini müəyyən etməyə kömək edəcək. Ermənistanın Rusiya və ya Aİ-nin yanında olmaq istəyi aydınlaşacaq.