Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə yerinə 109 canlı qüvvə və 30 xilasedici maşın göndərib. Partlayış baş verən binanın 52 sakini binanı tərk edib. Axtarış-xilasetmə işləri zamanı 4 nəfərin cəsədinə tapılıb. Dağıntılar altından daha 10 nəfər yaralının qaldığı bildirilib.
Nijnevartovsk meri Dmitri Koşçenko açıqlamasında axtarış-xilasetmə işlərinin davam etdiyini və partlayışın qaz sızması səbəbindən baş vermə ehtimalının ola biləcəyini bildirib. Partlayışla bağlı araşdırmalara başlanılıb.