Vaxt.Az

Qışda səngiyəcək


 

9 aydır davam edən müharibədə işğal olunan ərazilərin yarıdan çoxu azad edilib

Qışda səngiyəcək ABŞ kəşfiyyatı Ukraynada münaqişənin səngiməyə başladığını və bunun qarşıdakı qış aylarında da davam edəcəyini düşünür.

Milli Kəşfiyyat Direktoru Avril Heyns Rusiya və Ukrayna qüvvələrinin yazda əks-hücum üçün “qüvvələrinin təmir, təchizat və yenidən konfiqurasiya edəcəklərini” söyləyib.

Son zamanlar Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar həyata keçirir. Müharibə artıq doqquzuncu aydır davam edir, lakin Rusiya ələ keçirdiyi ərazilərin yarıdan çoxunu itirib.

Heyns Kaliforniyada keçirilən müdafiə forumunda deyib ki, hazırda döyüşlər Ukraynanın şərqindəki Baxmut və Donetsk bölgəsi ətrafında cərəyan edir.

 





04.12.2022    çap et  çap et