Sənəddə uçuş əməliyyatları üzrə milli sertifikatın vaxtında alınmaması riskinin olduğu, uçuş əməliyyatlarının yalnız məhdudiyyətlər altında başlaya biləcəyi bildirilib.
Xəbərdə, Alman Silahlı Qüvvələrinin Bundesverinin Bücheldəki hərbi hava limanını 2026-cı ilə qədər “F-35” reaktiv təyyarələri üçün uyğun məkana çevirib-çevirməyəcəyinin dəqiq olmadığı ifadə edilir.
Xəbərdə alman parlamentarilərinin bu vəziyyətə qəzəbləndiyi vurğulanıb.
Müdafiə naziri Kristian Lambrextlə Sosial Demokrat Partiyasının (SPD) siyasətçisi olan Andreas Şvarz, verdiyi açıqlamada, “Parlamentin məsələləri yenicə öyrənməsi qəbuledilməzdir. Mən nazirlikdən riskləri necə saxlamağı planlaşdırdığına dair hərtərəfli açıqlama gözləyirəm. Sadəcə, burada məsuliyyətdən yayınmağa çalışırlar”. Millət vəkilləri nazirliyin laqeyd münasibətini tənqid edib.