Nasirinin dalınca baş nazirlər Cəmşid Əmuzigar, Cəfər Şərif İmami, Qulamrza Azari fasilərlə istefaya getdilər. Şah xalqın qarşısına çıxıb “qələt eləmişəm” bəyanatı versə də, etirazlar dayanmadı. İndi də tələsik nəticələr çıxarılmamalıdır. Kim bilir, bəlkə, bu Əxlaq polisinin ləğvi qərarı da proseslərin nəzarətdən çıxdığının göstəricisidir. Bəlkə molla rejimi artıq çökmək üzrədir.
Odur ki, Azərbaycan Tehran rejimlərinin tarixi təcrübəsindən nəticə çıxarmalı, Əxlaq polisinin ləğv edilməsi haqda qərardan tələsik nəticələr çıxarmamalıdır. Prosesi yaxından izləməli, etirazlar səngiməsə, Tehran rejiminin çökməsi ssenarisinə hazır olmalıdır. Baş Qərargah Azərbaycan Ordusunun müttəfiqləriylə birgə Tehranı götürmə və Kəngər körfəzinə çıxma planını hazırlamalıdır. Bu gün İran adlanan ərazi tarixi Azərbaycan dövlətlərinin əraziləri olub və indi də Azərbaycan Respublikasının tərkibinə qatılmalıdır. Oranın tikə-parça edilməsi, yerində Kürdüstan, Əhvaz və s. kimi qondarma dövlətlərin yaradılması regionu xaosa sürükləyə bilər. Ən doğru olan, tarixi inkişafa uyğun olaraq İran adlı süni dövlətin ləğv edilib, Azərbaycana birləşdirilməsidir. Eyni şey Rusiyanın dağılacağı təqdirdə Şimali Qafqaza da aiddir.
Yuxarıda yazılanlara görə bir çoxları müəllifi xəyalpərəstlikdə, populizmdə və imperializmdə günahlandıra bilər. Amma unudulmamalıdır ki, tarixi proseslərin sürətləndiyi və yavaşıdığı mərhələlər olur. Dünyada heç kəsin ağlına gəlməyən proseslərin baş verdiyi bir zamanda niyə Azərbaycanın sərhədlərinin Kəngər körfəzindən başlaması istisna edilməlidir?