– Sədatı niyə öldürdün?
Qatil:
– Çünki layiq idi!
Hakim:
– Layiq nə deməkdir?
Qatil:
– Bilmirəm!
***
Misirli məşhur ədəbiyyatçı Nəcip Mahfuzu öldürmək istəyən, amma bacarmayan müqəssirdən hakim soruşar:
– Niyə vurdun?
Müqəssir:
– "Küçə uşaqlarının xəyalları" adlı kitab yazdığı üçün.
Hakim:
– Yaxşı, o kitabı oxudunmu?
Müqəssir:
– Xeyr.
***
Hakim yazıçı Fərəc Fodayı öldürən terroristlərdən soruşar:
– Niyə öldürdünüz?
Günahkarlar:
– Çünki kafir idi.
Hakim:
– Haradan anladınız? Hansı kitabından bu nəticəyə gəldiniz?
Günahkarlar:
– Biz oxuma, yazma bilmirik.
Hakim:
– Nə!?
Bu dünyada az bilən və çox inanan insandan daha təhlükəlisi yoxdur. Cəhalət ən böyük fəlakətdir!
Ona görə OXUYUN!!! KİTABLAR OXUYUN! OXUDUN!