Vaxt.Az

«Rusiyanın yardımları narkotik kimidir»


 

«Avropa özünü sevdirmək, Rusiya isə digərlərinin ondan qorxmasını istəyir»

«Rusiyanın yardımları narkotik kimidir»

Avropa Parlamentinin Belarusla bağlı keçirdiyi dinləmələrdə belaruslu siyasətçi, Saxarov mükafatı laureatı Aleksandr Milenkeviç hadisələrə özünəməxsus tərzdə şərh verib.  

Milenkeviçin fikrincə, Belarus Rusiyadan enerji və maliyyə cəhətdən asılı vəziyyətdədir. Rusiyanın yardımları narkotik kimidir. Tərgitmək mümkün deyil.

Belarusun irəliləmək, içində olduğu dərin iqtisadi və siyasi problemlərdən qurtulmaq üçün Avropanın köməyinə ehtiyacı var. Bu ölkənin mövcudluğu belə Rusiya tərəfindən şübhə altına alınır. Belaruslular özləri gələcəklərini Avropa ilə görürlər. Keçirilən rəy sorğuları Avropapərəst belarusluların 50 faizə bərabər olduğunu üzə çıxarıb. Bununsa izahı sadədir, Avropa digərlərinin onu sevməsini istədiyi halda, Rusiya digərlərinin ondan qorxmasını istəyir.

Belarusun Krım böhranındakı mövqeyi heç də göründüyü kimi deyil. Bu, Rusiyanın təsiri altında verilmiş qərardır. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Belarusa səfər etdiyi zaman Aleksandr Lukaşenko onu «cənab prezident» adlandırıb. Bu isə Rusiyanın mövqeyinə tamamilə ziddir.

Qeyd edək ki, Saxarov mükafatı Avropa Parlamenti tərəfindən hər il verilən insan hüquqları mükafatıdır.

 





02.04.2014    çap et  çap et