Vaxt.Az

Şimali Koreyada üç məktəbli edam olunub


 

Onların törətdikləri “cinayət”ə verilən cəza bütün dünyanı şoka salıb

Şimali Koreyada üç məktəbli edam olunub Cənubi Koreyada çıxan “Çosun İlbo” qəzetinin xəbərinə görə, Şimali Koreyada 3 orta məktəb şagirdi oktyabrın əvvəlində qonşu Cənubi Koreya ölkəsinin seriallarına baxdıqları üçün edam edilib. Şimali Koreyada 2020-ci ilin dekabrında qüvvəyə minmiş yeni qanunda qeyd edilir ki, Cənubi Koreya audiovizual məhsullarını izləmək cinayət sayılır. Əvvəllər azyaşlılar qanuna tabe olmadıqları üçün ən ağır cəzanı almasa da, məlum olub ki, “cinayət işi” gəncləri də əhatə edir.

Məlumata görə, Şimali Koreya ilə Çin sərhədinə yaxın olan Hyesan şəhərində 3 orta məktəb şagirdi Cənubi Koreya və Amerika televiziya proqramlarına baxarkən yaxalanıb. Həbs edilən gənclərə ölüm cəzası verilib. Edamın icrası dünya mətbuatında böyük reaksiya ilə qarşılanıb.

Məlumdur ki, Şimali Koreya vətəndaşları Cənubi Koreya serialları və musiqiləri ilə maraqlanırlar. “Unification Media Group”un sorğusuna əsasən, respondentlərin 96 faizi “Squid Game” və “Crash Landing on You” kimi məşhur dramlara baxır.

 





05.12.2022    çap et  çap et