“The Guardian”ın xəbərinə görə, Polşadan yola düşərək İngiltərəyə gedən “EasyJet” Hava Yollarının təyyarəsi bomba ola biləcəyi şübhəsi ilə Çexiyanın paytaxtı Praqaya yönləndirilib. Praqa Hava Limanı rəsmiləri bildiriblər ki, “6276” nömrəli təyyarə dünən yerli vaxtla saat 22.50-də hava limanına təhlükəsiz eniş edib.
Çexiya polisi ekspertlərin hadisə yerində olduğunu və bildirilən cihazı araşdırdıqlarını bildirib.
Aeroport rəhbərliyinin verdiyi açıqlamada təyyarədə təhlükəli obyektin olmadığı bildirilib.