ABŞ-ın aparıcı qəzetlərindən olan “The Washington Post”un xəbərində üç qadının idarəçilikdə mühüm vəzifələr tutduğuna diqqət çəkilib ki, bu da ölkə tarixində görünməmiş bir vəziyyətdir.
Kim Çen Inın bacısı Kim Yo Conq liderin baş məsləhətçisidir. Çoe Son Hui xarici işlər naziri, Hyon Song Vol isə Şimali Koreya liderinin iştirak etdiyi tədbirlərin təhlükəsizliyi və logistikasına cavabdehdir.
Koreyanın hakim İşçi Partiyası (KİP) ilə bağlı araşdırmalar aparan Şimali Koreya Liderlik İzləmə saytının direktoru Maykl Madden 2016-2019-cu illər arasında KİP-in mərkəzi komitəsindəki qadın məmurların sayının üç dəfə artdığını bildirib.
Madden bu artımın növbəti 10-20 il ərzində də davam edə biləcəyini proqnozlaşdırıb.
Cənubi Koreyanın Seul şəhərindəki Evha Qadın Universitetindən Kim Seok-Hyang bildirib ki, Çoe, Hyon və Yo Jong “xüsusi ailələrdən gələn adi vətəndaşlardan fərqlidirlər”.
Akademik qeyd edib ki, bu qadınların cəmiyyətdəki yeri yuxarı təbəqədən olan kişi vətəndaşlarla eynidir.