«Deutsche Welle» xəbər portalı məlumat verir ki, Ankara və bəzi bölgələrdə bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən, Cumhuriyyət Xalq Partiyasını (CHP) dəstəkləyən yüzlərlə nümayişçi Türkiyə paytaxtı Ankaradakı seçki komitəsinin binası önündə toplaşıblar.
«Oğru Tayyip», «Ankara yatmayıb. Səsin üçün ayağa qalx!», - deyə səslənən etirazçıları sakitləşdirmək üçün çevik polis su təzyiqindən istifadə edib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi müxalifətin izdiham yaratmaq üçün sosial mətbuatdan istifadə etdiyini bildirib.
«Etiraz etmək hər kəsin təbii haqqıdır, lakin sosial mətbuatdan istifadə edərək insanları toplamaq və təxribat yaymaqla heç nə əldə etmək olmaz», - Hüseyin Çelik bildirib.
Xatırladaq ki, yerlərdə əyalət yığıncağı üzvlərinin və merlərin seçilməsi üçün martın 30-da bələdiyyə seçkiləri keçirilmişdi. Seçki bülletenində adı olmasa da, bu seçkilər Rəcəb Tayyip Ərdoğan üçün sanki «lakmus testi» idi. Etirazların səbəbi Ərdoğanın yaxın dairəsinə korrupsiya iddiaları və onun internetə çıxışı məhdudlaşdırmasıdır.
Bundan əlavə, kənd yerlərində 8 nəfər ölsə də, seçkilər əsasən dinc keçib. Qeyri-rəsmi nəticələrə görə, «CHP»nin topladığı 28 faizlə müqayisədə, «AKP» 45 faiz səs toplayıb. Ankarada çox az fərqlə qalib gələn «AKP» İstanbulda aşkar üstünlük əldə edib.
Sosial mətbuatda seçki bülletenlərinin zibil qutularına atıldığını göstərən şəkillər paylaşılaraq, seçkilərin saxta olduğu iddia edilirdi. Respublikaçı Xalq Partiyası isə seçki komitəsi tərəfindən qeydiyyata alınmış səslə partiyanın özünün hesabladığı səslər arasında uyğunsuzluqlar olduğunu deyib.