Vaxt.Az

300-dən 10-lara düşdü


 

Rusiya aviasiyasının əməliyyatları niyə azalıb?

300-dən 10-lara düşdü İngiltərə Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı dərc etdiyi kəşfiyyat hesabatında Rusiya taktiki döyüş təyyarələrinin son aylarda Ukrayna səmasında həyata keçirdiyi döyüş əməliyyatlarının sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib. “Rusiya döyüş təyyarələri 2022-ci ilin mart ayında gündəlik 300 hərbi missiya yerinə yetirirdisə, bu gün bu rəqəmi 10-larla deyə bilərik”.

Hesabatda deyilir ki, Rusiya ötən həftə münaqişədə 60-dan çox qanadlı təyyarəsini, o cümlədən əlavə “Su-24M FENCER” qırıcı-bombardmançı və “Su-25 FROGFOOT” yerüstü hücum təyyarəsini itirib. Əməliyyatların azalmasına səbəblərdən biri uçuş vaxtlarına məhdudiyyət və pisləşən havadırsa, ən əsası isə ABŞ-ın Ukraynaya göndərdiyi yüksək dəqiqlikli hava hücumundan müdafiə təhdidləridir. “Rusiyanın qurudan hücum taktikası əsasən vizual identifikasiyaya və idarə olunmayan döyüş sursatlarına əsaslandığından, Rusiya Hərbi Hava Qüvvələri pis qış havasında yerüstü hücum əməliyyatlarını aşağı tempdə dəstəkləyəcək”. (DHA)

 





05.12.2022    çap et  çap et