“Europol”dan verilən yazılı açıqlamada, çirkli pulları yuyan və kuryer işə götürən 222 nəfərin, 8755 pul kuryerinin müəyyən edildiyi, onlardan 2469 nəfərin saxlanıldığı bildirilib. Təxminən 1800 müxtəlif bank və qurumun dəstək verdiyi əməliyyatda 4089 şübhəli prosesdən 17,5 milyon avroluq “çirkli pul”un ələ keçirildiyi qeyd edilib.
Avropa Bankçılıq Federasiyası (EBF), Avropa Birliyinin Məhkəmə Əməkdaşlıq Agentliyi (Eurojust) və İnterpolun dəstəyi ilə keçirilən əməliyyata Aİ-yə üzv dövlətlərin təhlükəsizlik qüvvələri ilə yanaşı, Böyük Britaniya, ABŞ, Sinqapur, Honq-Konq və Moldova təhlükəsizlik bölmələri də daxil edilib. Məhkəmə-tibbi araşdırma aparıldığı barədə məlumat paylaşılıb.
Günahsız insanların “çirkli pulların yuyulması” alətinə çevrilməsinin qarşısını almaq istəyən “Europol” bu gündən etibarən “#DontBeaMule” (kuryer olmaq) həştəqi ilə sosial mediada maarifləndirməyə çalışacaq.
“Europol” bundan əvvəl “çirkli pulların yuyulması” cinayəti ilə mübarizə üçün “Avropa pul kuryeri aksiyası” adı altında 7 əməliyyat həyata keçirmişdi.